Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə İsa Qəmbər haqqında faktlar dərc edilir və yayılır. Maraqlısı budur ki, onun əleyhinə təbliğat aparanlar AXCP və Müsavatın üzvləridir. Dünən Kənan Seyidov adlı Facebook istifadəçisi statuslarında anons verib ki, "əlimdə İsa Qəmbərlə bağlı olan rüsvayçı fakt var". Bu statusa gələn şərhlərdə açıq-aydın yazılırdı ki, artıq 200-dən artıq Faceobook istifadəçisi olan cəbhəçi və müsavatçılar ona qarşı hansısa addıma əl atacaqlar.
Bundan başqa Qədim Babayev (cəbhəçi) yazır ki, o bir neçə dəfə İsa Qəmbərlə qadın profili yaradaraq tanış olub və olduqca "səmimi" söhbətləri baş tutub. Qrupda yer alanlar içərisində Mirzə Sakit, Səxavət Soltanlı və başqaları da var. Qrup üzvləri qrupun adını hələlik açıqlamasalar da artıq İ.Qəmbərin siyasi fəaliyyətinə həsr olunan satirik şeirlər, məsəllər yazılır.
Məhz bu da təsadüfi deyil ki, yazar Günel Mövlüdun, eləcə də digərlərinin iştirakı ilə Facebookda İsa Qəmbəri barmağa dolayan meyxanalar yazılıb. Belə ki, "Azadlıq radiosu"nun "İşdən sonra" verilişinin qonağı olan İ.Qəmbər əsl simasını bir daha ortaya qoyub. Siyasi rüsvayçılğını ört-basdır etməkdən ötrü bəzi siyasilərə də söz atıb. Olduqca kəskin suallarla qınanan İ.Qəmbər verilişin ardınca bütün sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB