Mursinin ən yaxın adamlarından biri vəzifədən getdi
Misirdə istefa

Misirdə siyasi gərginlik azalmır. Ölkə prezidenti Məhəmməd Mursiyə yaxın adanlardan daha biri vəzifəsindən gedib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mursinin müşaviri İsam Əl Uryan bu gün istefa verib.

Hürriyyət və Ədalət Partiyasının mətbuat sözçüsü Əhməd Sebi verdiyi açıqlamada həm də partiyanın parlament komissiyasının sədri olan Uryanın partiya işləri ilə məşğul olduğu üçün müşavirlikdən getdiyini deyib. Uryan isə yazılı açıqlamasında həm qanunverici, həm də icra hakimiyyətində vəzifə tutmasının mümkün olmadığını deyib.

Uryanın yəhudilərə Misirə qayıtma çağırışı həm özünün, həm də Müsəlman Qardaşlar Təşkilatının ünvanına tənqidlər səslənməsinə səbəb olmuş, Prezident Administrasiyası isə bu açıqlamaya məsuliyyət daşımadığını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə