Müxalifətin vahid namizədinin olacağı prespektivlərinə inanmıram. Bunu SİA-ya açıqlamasında millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı deyib.
Deputatın sözlərinə görə, bunu həm müxalifətdə olanların cərgələrinin parçalanmasında, həm də partiya liderlərinin bir-birlərinə münasibətlərində daha aydın sezmək olar: "Azərbaycan hüquqi, demokratik ölkədir. Hər bir şəxsin namizədliyini irəli sürməsi sərbəstdir və qanunlar çərçivəsində olmalıdır. Bir şəxsin namizədliyinin müxtəlif təşkilatlar tərəfindən irəli sürülməsi, həmin təşkilatların öz işidir. Lakin vahid namizədin qeydiyyatdan keçməsi, təsdiq olunması isə Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətlərinə aid olan məsələdir. Ona görə də rəsmi şəkildə prezident seçkilərinə qərar verilmədiyindən hesab edirəm ki, bu tələsik və vaxtından əvvəl söylənilən fikirlərdir. AXCP sədri Əli Kərimlinin isə İsa Qəmbəri lider kimi qəbul edib, etməyəcəyini zaman göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB