Müxalifətin söylədiklərinə fikir verilməməlidir

Müxalifətin söylədiklərinə fikir verilməməlidir

İstənilən partiya, istənilən vaxt öz nümayəndəsinin namizədliyini irəli sürmək haqda qərar verə bilər. Amma seçki prosesi başlanmamış kiminsə rəsmi olaraq namizədliyini irəli sürməsi sadəcə, gülünc doğuran haldır. Bunu SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa bildirib.

Partiya sədrinin sözlərinə görə, digər müxalifət partiyaları daxilində cərəyan edən hadisələr bizim üçün o qədər də əhəmiyyətli deyil: "Hesab etmirəm ki, Azərbaycanın siyasi mühitində əsas güc mərkəzi və yaxud da güclü artileriya silahı müxalifətdir. Əksinə Azərbaycan müxalifətinin cəmiyyətdən dəstək alacaq kifayət qədər başqa aspektləri vardır. Ona görə də bütün bunları seçkilərə qədər gözləmək lazımdır. Hazırda İ.Qəmbər və digərlərinin özünü vahid namizəd kimi élan etməsi o demək deyil ki, həmin insan artıq liderə çevrilib və yaxud da qalib gəlmək şansları vardır. Əsas odur ki, 2013-cü ildə prezident seçkiləri tam şəffaf, demokratik şəkildə keçirilsin. Bununla da beynəlxalq arenada ölkəmiz üçün hər hansı bir problem yaşanmasın. Qalan məsələləri isə xalqın özü təyin edəcək. Hesab edirəm ki, müxalifət nümayəndələrinin dedikləri sözə fikir verilməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə