Gürcüstan 18 ölkədən səfirlərini geri çağırır

Gürcüstan 18 ölkədən səfirlərini geri çağırır

Gürcüstan hökuməti 18 ölkədəki səfirlərini dəyişmək qərarına gəlib. SİA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, yaxın vaxtlarda geri çağırılacaq səfirlər arasında Çexiya, Böyük Britaniya, Belçika, Lüksemburq, Macarıstan, eləcə də Avropa Şurası və Avropa Birliyindəki missiya rəhbərləri var.

"Mənə bildiriblər ki, bəzi səfirlər işdən azad ediləcək. Mən istefa haqqında ərizə yazmamışam. Amma mənim bildiyimə görə, bu barədə əmr yaxın vaxtlarda veriləcək. Yehi hökumətin yüksək diplomatik vəzifələrə öz kadrlarını yerləşdirmək istəməsində təəccüblü heç nə yoxdur. Amma heç bir halda mən ölkənin maraqlarına xidmət etmədiyim haqqında ittihamlarla razılaşmıram. Bu absurddur", - deyə Gürcüstanın Avropa İttifaqındakı səfiri Salom Samadaşvili bildirib.

Avropaya inteqrasiya üzrə parlament komitəsinin sədri Viktor Dolidzi isə səfirlərin geri çağrılmasının siyasi əlamətləlrə bağlı olmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə