"Foreign Affairs" dərgisi Türkiyə prezidenti Abdulla Gülün müsahibəsini dərc edib. SİA-nın verdiyi xəbərə görə, Abdulla Gül Conatan Teppermana verdiyi müsahibədə gələcəkdə dünya iqtisadiyyatı və güc balansının Asiyaya doğru dəyişəcəyini, siyasi tarazlığın da buna uyğun olaraq dəyişməli olduğunu söyləyib.
Türkiyənin Qərblə əlaqələrinə də toxunan Gül "ABŞ və Avropa Türkiyənin əhəmiyyətini qəbul etməyə başlamalıdır. Türkiyə onlar üçün daha mühüm olmalıdır" deyib. Abdulla Gül Türkiyənin yönünü Qərbdən çevirdiyinə dair şərhlərin haqsız olduğunu, Türkiyənin Avropa Birliyinə tam üzvlük üçün mübarizə apardığını vurğulayıb.
Suriyadakı proseslərlə bağlı sualların cavabında Türkiyə prezidenti qeyd edib ki, Ankaranın Suriya ilə hər hansı problemi yoxdu: "Problem Suriyadakı rejimin xalqına qarşı həyata keçirdiyi insan haqları pozuntularıdır".
Qonşusundakı proseslərin Türkiyəyə də təsir etdiyini qeyd edən Gül Suriya xalqının haqlı tələblərini dəstəklədiklərini, daha çox insan ölümünün qarşısının alınması üçünsə Rusiya və İranın keçid mərhələsinə daxil edilməli olduğunu bildirib. Rusiyanın Liviyada Qərbi dəstəklədiyini, ancaq keçid mərhələsinə daxil edilmədiyini xatırladan Gül "Suriyada Rusiya da işin içində olmalı, keçid mərhələsinin bir hissəsi olacağına və fikirlərinin nəzərə alınacağına dair təminat ala bilməlidir" deyib.
Suriyaya Liviyadakı kimi açıq xarici müdaxilənin doğru olmadığını vurğulayan Gül Türkiyənin hu ölkədəki müxaliflərə silah yardımı etmədiyini söyləyib: "Qonşu ölkə olduğumuz üçün qapımız Suriya xalqına açıqdır. Onları xoş qarşılayırıq və insani ehtiyaclarını qarşılayırıq".
İsraillə əlaqələrə də toxunan prezident mövcud vəziyyətin Təl-Əvivin səhvlərinin nəticəsi olduğunu deyib. Gül qeyd edib ki, İsrailə birbaşa söyləməsələr belə, müttəfiqləri də bunun fərqindədirlər və Ankara ilə müzakirələrdə bunu açıqca ifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB