Müxalifət hər zaman öz mənafeyini güdüb

Müxalifət hər zaman öz mənafeyini güdüb

Ümumiyyətlə, dağıdıcı radikal insanlar müxalifətdə olduqları dövrdə yalnız öz şəxsi mənafeləri naminə çalışıblar və öz maraqları çərçivəsində fəaliyyət göstəriblər. Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Müsavat Partiyasının başqanı İsa Qəmbərin AXCP sədri Əli Kərimli arasında vahid namizədlik məsələsi ilə bağlı yaranan münaqişəyə münasibət bildirərkən belə deyib.

Siyasi Şura üzvünün sözlərinə görə, müxalifət liderləri nə Azərbaycan dövlətini, nə də ölkə vətəndaşlarını heç bir zaman düşünməyiblər: "Bunlar hər zaman bir-birlərinə qarşı aqressiya nümayiş etdiriblər. Bu aqressiya onların bir illik hakimiyyətləri dövründə də özünü göstərib. Bunlar bir-birlərinə qarşı kifayət qədər kompramata malik insanlardır. Onlar cılız, dar düşüncəli insanlar olduqlarını hər zaman büruzə veriblər. Hesab edirəm ki, müxalifət xarakterlərinə sadiq qalaraq öz əməllərini hələ də davam etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə