Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbudun SİA-ya müsahibəsi
- Azərbaycanı təhlükəli ölkələr sırasına daxil edənlər hansı kriterilər üzrə qiymətləndirmə aparıblar ki, bu nəticəyə gəliblər?
- Növbəti dəfə Azərbaycana qarşı ədalətsiz münasibətin şahidi olduq. Ancaq biz bu tip münasibətləri nə qədər ənənəvi hal aldığını söyləsək də, eyni zamnda bu ədalətsiz münasibətə sərt reaksiya verməyimiz təbii bir prosesdir. "Reuters" Agentliyinin ölkəmizi dünyanın iqtisadi göstəricilərinə və insan hüquqlarının durumuna görə ən aşağı səviyyədə olan ölkələrlə bir sıraya qoymağı və bunun dünyada tərəfdaş olduğumuz ölkə ABŞ Dövlət Departamentinə istinadən yayması böyük təəssüf hissi doğurur. Ən təəssüf doğurucu məqamlardan biri ondan ibarətdir ki, bu tip dezinformasiyalar Azərbaycanın növbəti dəfə beynəlxalq əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi ilə bağlı qərarın meydana çıxması vaxtına təsadüf edir. Bu ilin may ayında "Avroviziya" mahnı müsabiqəsinin keçirələcəyi məlum olanda "Reuters" agentliyi başda olmaqla dünyanın bir çox agentlikləri Azərbaycana qarşı ciddi şəkildə anti-təbliğata başladılar. Ancaq biz ölkəmizə gələn xarici turistlərlə münasibətdə olanda açıq şəkildə bildirdilər ki, onlar ailələrinə zəng edəcəklər və burda heç bir terror təhlükəsi olmadığını və final mərhələsinə dəvət edəcəklər. Bütün bunlara rəğmən Avropanın müxtəlif guşələrindən insanlar ölkəmizə gəldilər və öz gözləri ilə gördülər ki, burda həm abadlıq, həm də təhlükəsizlik baxımından Azərbaycan modern dövlətdir. Bütün bunlar xarici agentliklərin təbliğatına ağır zərbədir. Hesab edirəm ki, bundan sonra keçiriləcək beynəlxalq tədbirlərin iştirakçıları bir dah bu yazılanların saxta olduğunu anlayacaqlar. İstənilən yanaşmada ciddi beynəlxalq şərtlər, meyarlar olmalıdır. O meyarlara əsasən həmin hesabatlar açıqlanmalıdır və bu dövlətlər də bunu adekvat şəkildə qəbul etməlidirlər. Riskli dövlət anlayışı və eyni zamanda sıralnamada yanımızda yer alan dövlətlərə diqqət yetirək. Azərbaycanı Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil ediblər. Bu sirr deyil ki, çox yaxın bir dövrdə Liviyada ABŞ səfirini qətlə yetirdilər. Bu ölkənin insan azadlıqlarının minimal səviyyəsindən belə danışmağa dəyməz. Bu ölkədə kimin əlində silah var o güclüdür, prinsipi hakimdir. Əfqanıstanın müxtəlif guşələrində hərbi qüvvələr nəzarəti həyata keçirilər. Müxtəlif ərazilərdə fərqli qruplaşmalar nəzarəti həyata keçirir. Bu ölkələrin Azərbaycanla müqayisə olunması düzgün deyil. ABŞ Dövlət Departamenti Azərbaycanda il ərzində təhlükəsizliklə bağlı özlərinin açıqladıqları rəqəmlərə baxardılar və heç olmazsa özləri özlərini təkzib etməyəydilər. Hesab edirəm ki, bu tip yanaşma kobud şəkildə müsəlman-türk dövlətinə qarşı qoyduqları qərəzli münasibətin göstəricisidir. Doğrusu bu qərəzin olması da təəccüblü deyil. Çünki Azərbaycan ilk dəfə deyil belə hallarla qarşılaşır. Ancaq bunu kobud və bəsit şəkildə hazırlamaları onları düşündürməlidir. Çünki onların qarşısında 20 il ərzində müstəqli siyasət yeridən, insan hüquq və azadlıqları və demokratikləşmə istiqamətində mühüm addımlar atan bir Azərbaycan dövləti var. Azərbaycanda get-gedə beynəlxalq münasibətlərdə daha fəal və həlledici rola malik dövlətlərdən birinə çevrilir. İstəsələrdə istəməsələrdə proseslərin inkişafı Azərbaycanın xeyrinədir.
- Azərbaycanda uzun illərdir ki, terror hadisəsi törədilməmişdir, ölkə daxilində əcnəbilərin sərbəst hərəkəti üçün hər hansı bir təhlükə yoxdur. ABŞ başda olmaqla sabit kimi qələmə verilən Qərb ölkələri həqiqətənmi bütün təhlükələrdən sığortalanmışlar? Həmçinin bu cür ədalətsiz yanaşma dünyada ədalət anlayışının özünə təhlükə deyilmi?
- Hər bir hərəkətin bir risk ehtimalı var. Dünyada belə bir məsəl var, hər bir uğurun 50 faizi riskdir. Azərbaycan ciddi şəkildə terrora məruz qalır. Ancaq bu indi baş verməyib. Çünki 10 illərdən bəridir ölkəmiz terrora məruz qalır. Bu beynəlxalq təşkilatların, böyük dövlətlərin tirbunalarından da səsləndirilir ki, Azərbaycan terrora məruz qalan ölkədir. Ölkəmizdə qocadan cavana, uşaqdan qadına hər kəs erməni terrorunun qurbanı olub. Bunun audiovizual materiallları bir kənara, canlı şahidləri də bu gün həyatdadırlar. Bu müzakirə və mübahisə predmeti deyil. Əgər onlar bunu nəzərə alıblarsa onlara təşəkkür düşür. Bu gün ön cəbhədə yaşayan vətəndaşlarımız erməni təhdidi və terroru ilə qarşı qarşıyadırlar. Ancaq ölkədə beynəlxalq təşkilatların nümayəndələrinə, dövlət orqanlarının nümayəndələrinə və ya ayrı-ayrı insanlara qarşı həyata keçirilən terrordan söhbət gedirsə, bununla razılaşmaq olmaz. Bu yaxınlarda ABŞ-da gənc bir oğlan məktəbə silahla daxil olaraq 20 kiçik yaşlı şagirdi və 6 müəllimi qətlə yetirdi. Bundan əlavə Norveçdə Breyvik adlı şəxs 77 günahsız insanı qətlə yetirdi. Fransada baş alıb gedən islamofobiya insanların təhlükəsizliyinə böyük risk yaradır. Hətta Ermənistanda bir neçə il bundan öncə qanunverici paltaya daxil oldular və bir sıra vəzifəli şəxslər qətlə yetirildilər. Ancaq heç bir beynəlxalq təşkilat bununla bağlı həyəcan təbili çalmadı. Bir sıra beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə qərar veriləndən sonra ölkəmiz beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək. Bunun üçündə terror, riskli dövlət anlayışından istifadə edərək manikulyasiya ilə məşğuldurlar. Dünyanın yaşam indeksinə görə, ilk yerlərdən birini tutan Norveçdə Breyvik 77 nəfəri güllələdi. Bundan sonra məhkəmə proseslərində baş verən hadisələr həmin ölkələrin hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin nə qədər ədalətli olduğunu, eyni zamanda bu ölkələrdə təhlükəsizliyin nə qədər dayanıqlı olduğunun göstəricisidir. Qafqazda terror məsələsi qaldırılırsa, ilk olaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror hadisələrinə aydınlıq gətirilməlidir.
- Azərbaycan beynəlxalq terrora qarşı mübarizədə fəal iştirakının əvəzində Qərbin belə "töhfələri"nə layiqdirmi?
- Həqiqətən, Azərbaycan beynəlxalq terrora qarşı mübarizədə fəal iştirak etdiyi halda ölkəmizə qarşı qərəzin nümayiş etdirilməsi münasibətlərin inkişafına mənfi təsir göstərir. Ümumiyyətlə, bu qəbul ediləcək məsələ deyil. Düşünmürəm ki, zaman ötdükcə onlar birmənalı olaraq bu hərəkətlərindən imtina edəcəklər. Çünki müsəlman-türk dövlətlərinin artan uğuru onlara bir növ təzyiq deməkdir. Dünyada müşahidə olunan proses bundan ibarətdir ki, bunun da mərkəzində Azərbaycan gəlir. Bu qüvvələrin məqsədi Şərqlə Qərbin qovşağında ən yüksək səviyyədə modern inkişaf edən ölkənin inkişafının qarşısını almaqdır. Bunun üçün də əllərində olan media resurslarından istifadə edərək Azərbaycana qarşı qarayaxma işi aparırlar. Hesab edirəm ki, onaların bu cür adekvat olmayan əməllərinə qarşı Azərbaycan adekvat addımları ilə layiqli cavab verəcək.
- Azərbaycanda fəaliyyət göstərən vətəndaş institutları belə təxribatlara qarşı hansı addımları atmalıdırlar?
- Bu gün beynəlxalq aləmdə vətəndaş cəmiyyətlərinin ictimai rəyə çox böyük təsiri var. Sevindirici haldır ki, Azərbaycanda da ilbəil belə vətəndaş cəmiyyətlərinin sayı artır. Bu sırada gənclər təşkilatlarının sayının artması çox önəmlidir. Azərbaycanda dörd mindən çox QHT var. Onların da iki yüzə qədəri gənclər təşkilatıdır. Onların da əksəriyyəti aktiv fəaliyyətdədir. Sədri olduğum Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi 2001-ci ildə yaranıb. Fəaliyyətimiz əsasən milli mənəvi dəyərlərin və vətənpərvərliyin təbliği olub. Bu tip hadisələr yaşananda dərhal adekvat reaksiya veririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB