Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Alpər Coşkun 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, təbrikdə deyilir: "Dost və qardaş Azərbaycan xalqını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Yeni ilin azərbaycanlı bacı və qardaşlarımıza, Azərbaycanda yaşayan vətəndaşlarımıza və bütün türk dünyasına sülh, rifah və əmin-amanlıq gətirməsini diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB