"Məhbusların əfv olunması Prezidentin müstəsna səlahiyyətlərinə aiddir"

"Məhbusların əfv olunması Prezidentin müstəsna səlahiyyətlərinə aiddir"

Məhbusların əfv olunması cənab prezident İlham Əliyevin müstəsna səlahiyyətlərinə aiddir. Bu səlahiyyətlərə kimsə müdaxilə edə bilməz. Bunu SİA-ya millət vəkili Musa Qasımlı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin "siyasi məhbuslar"la bağlı hazırladığı sənədə münasibət bildirərkən söyləyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və öz qərarlarını özü müstəqil şəkildə qəbul edir: "Sadəcə olaraq Azərbaycan qapalı, dünyaya açıq bir ölkə olduğu üçün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əməkdaşlıq edir. Ümumiyyətlə, hər il dekabrın sonunda prezident məhbusların cəzasının çəkilməmiş hissəsindən azad olması ilə bağlı əfv fərmanı imzalayır. Mən bunu humanist, insani, xeyirxah bir addım kimi qiymətləndirirəm. Arzu edirəm ki, heç bir azərbaycanlı həbsdə olmasın".

M.Qasımlı həmçinin 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyinin qismən də olsa unudulmasına aydınlıq gətirib: "Görünür bunun unudulması haqqında fikirlərin də obyektiv və subyektiv səbəbləri vardır. Fikrimcə, bu işlə məşğul olan müvafiq ictimai təşkilatlar daha aktiv işlər görməlidirlər. Bu, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlılar tərəfindən müəyyən olaraq qeyd edilir və bizim ən gözəl bayramlarımızdan biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə