Müsavatda dava düşüb

Dünən Müsavat Partiyasının qərargahında dava düşüb. SİA-ya verilən məlumata görə, Müsavatın Qaradağ rayonundan olan üzvü Daşqın adlı şəxslə İsa Qəmbərə yaxın olan başqa bir müsavatçı arasında əlbəyaxa dava baş verib.

Məlumatda bildirilir ki, Daşqın adlı şəxs Müsavatın qərargahına iclasda iştirak etmək üçün gəlibmiş. Lakin iclas vaxtı çıxış edənlərdən biri Daşqının yaxın qohumunu Müsavatdan istefa verdiyinə görə təhqir edib. Daşqın isə buna dözməyib və bir-birilərini əvvəlcə söyüşlə başa salmağa çalışıblar, sonra isə məsələ yumruq-təpik müstəvisinə keçib. Hadisədən başqan İ.Qəmbərin da xəbəri olub. Hətta başqanın "cəhənnəmə ki, qırsınlar bir-birlərini" dediyini eşidənlər də olub. İsa Qəmbər dalaşanların yanına gəlib və Daşqını qınayıb.

Başqanın bu addımından əsəbləşən Daşqın Müsavat sıralarından istefa verib.

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə