Azərbaycanın Efiopiyada səfirliyi açılacaq. SİA-nın məlumatına görə, Milli Məclisin (MM) bu gün keçirilən son plenar iclasında bununla bağlı qanun layihəsi müzakirə olunub. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Millət vəkili Fazil Mustafa müzakirələrin gedişində 10 millət vəkilinin Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan parlamentləri arasında dostluq qrupunun yaradılması barədə təklif hazırladığını, bu məsələ ilə bağlı məsləhətləşmək istədiklərini bildirib.
Sədr Oqtay Əsədov isə deyib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanda nümayəndəliyi var, çarter reysləri həyata keçirilir, millət vəkilləri də oraya səfərlər edirlər: "Ancaq siz Azərbaycanın problemlərini də bilirsiniz. Təklifi burada dilə gətirmək artıq məsləhətləşmək demək deyil. Əvvəlcə məsləhətləşib, sonra belə məsələləri Milli Məclisdə danışmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB