BTQ dəmiryol xətti Qafqaz bölgəsinin əhəmiyyətini artırır AÇIQLAMA
Gürcüstanın baş naziri Bidzina İvanişvilinin səfəri zamanı yaranmış bir sıra narahatlıqlara, səfər ərəfəsində baş vermiş diskussiyalara rəğmən səfər çox uğurlu keçdi. Bunu SİA-ya açıqlamasında Milli Məclisinin sədr müavini Bahar Muradova deyib.
Onun sözlərinə görə, Azərbaycan və gürcü xalqlarını hər zaman dostluq telləri bağlayıb: "Azərbaycanla Gürcüstan yaxın qonşu, strateji tərəfdaş və möhkəm dostdur. Bu ölkələrə rəhbərlik edən şəxslər hər zaman xalqlarımız arasında olan bu amili nəzərə almalıdır. Səfər çərçivəsində aparılan danışıqlar, əldə olunan razılaşmalar, yaranmış soyuq münasibətlərin aradan qalxması bir daha sübut etdi ki, Azərbaycan və Gürcüstan, onun xalqları hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu ölkələrin rəhbərləri hər zaman dostluq, qarşılıqlı əməkdaşlıq siyasətinə əməl edəcəklər. Çünki bu iki dövlətin qonşuluqda inkişaf etməsi və bir-birinin yanında olması üçün mütləq dostluq telləri möhkəmləndirilməlidir".
Ermənistan üçün əhəmiyyətli olan Abxaziya dəmir yolu xəttinin açılmasında toxunan Milli Məclisin sədr müavini bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ortada olduğu təqdirdə onu təkrarlayan layihələrin ortaya çıxması və bu ətrafda müzakirələrin ortaya çıxmasının özü düzgün deyil: "Bakı-Tbilisi-Qars dəmiryol xətti Qafqaz bölgəsinin əhəmiyyətini artıran layihədir. Həmçinin layihə bu ölkələrin xalqları üçün kifayət qədər gəlir gətirəcək. Bunun üçün mövcud layihənin tikilib başa çatdırılması və istifadəyə verilməsi işinə dəstək verilməlidir. Hesab edirəm ki, məsələyə düzgün yanaşma hər zaman qalib gəlir. Ümumiyyətlə, bu məsələ ilə bağlı hər hansı bir problemin olacağını düşünmürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB