Bahar Muradova: ”Əfv sərəncamı humanist siyasətin əyani təzahürüdür”

Bahar Muradova: ”Əfv sərəncamı humanist siyasətin əyani təzahürüdür”

Prezidentin İlham Əliyevin son sərəncamı ölkənin siyasi rəhbərliyinin neçə illərdən bəri yeritdiyi humanist siyasətinin əyani təzahürüdür. Bunu SİA-ya açıqlamsında Milli Məclisinin sədr müavini Bahar Muradova deyib.

Vitse-spikerin sözlərinə görə, Azərbaycan Prezidenti imzaladığı əfv sərəncamı ilə yeritdiyi siyasətin mahiyyətinə uyğun addımı atır: "Bu sərəncamla məhkum ailələrinə bayram ərəfəsində ikiqat sevinc yaşatmaq, eyni zamanda həyatının müəyyən qismini məhkum kimi yaşamış insanlara yenidən cəmiyyət həyatına qaytarmaq, yenidən şərəfli Azərbaycan vətəndaşı olmaq şansının verilməsinin özü çox yüksək qiymətləndirilməlidir. Azərbaycan xalqı cənəb prezident İlham Əliyevin yürütdüyü siyasəti ürəkdən dəstəkləyir. Bir azərbaycanlı kimi ölkə prezidentinə öz adımdan təşəkkür edirəm. Məhkum ailələrini, azadlığa qovuşmuş insanların hər birini ürəkdən təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə