Azərbaycan və Ermənistan xarici işlər nazirlərin gələn ay reallaşdırılacaq görüşü növbəti görüşlərdən biri kimi yadda qalacaq. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ məsələsində tamamilə qeyri-konstruktiv mövqe nümayiş etdirir: "Amma buna baxmayaraq rəsmi Bakı danışıqlar masasından kənarlaşmır. Görüşün detalları ilə bağlı hələlik heç bir məlumatımız yoxdur. Ermənistan istəsə də görüşdən kənara çəkilə bilməz. Çünki bu görüşü ATƏT həmsdərləri həyata keçirir".
Gürcüstan baş naziri Bidzina İvanaşvilinin Azərbaycana etdiyi səfərə də münasibət bildirən deputat bildirib ki, burada başlıca məqsəd hər iki ölkə arasındakı mövcud münasibətlər, o cümlədən cari məsələlərlə bağlıdır: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət qonşu ölkələlər həmçinin Gürcüstanla münasibətlərə xüsusi diqqət yetirilməsi ilə xarakterizə edilir. Hesab edirəm ki, bu səfər müvafiq qərarların qəbul edilməsi ilə başa çatacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB