YAP Nizami rayon təşkilatı aztəminatlı ailələrə bayram sovqatı payladı

YAP Nizami rayon təşkilatı aztəminatlı ailələrə bayram sovqatı payladı

YAP Nizami rayon təşkilatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. Təşkilatın sədri, millət vəkili Sədaqət Vəliyeva seçicilərilə görüşüb və onları qarşıdan gələn bayramlarla əlaqədar təbrik edib. Millət vəkili 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətində xidmətlərindən danışıb. O, qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.

Rayon sakinləri də öz növbəsində Prezident İlham Əliyevə minnətdarlığını bildirib və hər zaman Onu dəstəklədiklərini dilə gətiriblər.

Tədbirdən sonra 200-dən artıq aztəminatlı ailəyə bayram sovqatı paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə