Sosial şəbəkələrdə gənclərimiz çox aktiv iştirak edirlər. Növbəti illərdə bizləri daha böyük televiziya layihələri gözləyir. Biz də çalışacayıq ki, televiziyalar vasitəsilə Gənclər fondunun təbliğinə daha geniş yer ayıraq. SİA-nın xəbərinə görə, bunu Gənclər fondunun icraçı-direktoru Fərhad Hacıyev Gənclər Fondunun 1 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, hesabatda respublikanın bütün regionları əhatə olunub: "Hər bir regionda layihələr həyata keçirilib. Təbii ki, bu da bizi çox sevindirir. Biz çalışacayıq ki, daha çox Azərbaycanın bölgələrinə üstünlük verək. Artıq Müşahidə şurası tərəfindən yeni prioritetlər müəyyənləşdirilib. Bunların sırasında əlil, ayrıca təhsil alan gənclərə dəstək göstərilməsi xüsusi olaraq yer tutur. Həmçinin Dağlıq Qarabağla bağlı layihələr burada dəstəklənəcək. Təbliğat əsas məsələlərdən biridir. Ötən qrant müsabiqəsi ərəfəsində bizim fondun əməkdaşları bölgələrdə daimi olaraq gənclərlə görüşlər keçirib. Məhz bunun nəticəsi kimi regionlardan 84 layihə təqdim edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB