Ziyafət Əsgərov: Azərbaycan Silahlı Qüvvələri modern, müasir silahlarla təchiz olunur
"Azərbaycan müdafiə sənayesi potensialını gücləndirir. Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr çox keyfiyyətli məhsullar istehsal edirlər". YAP-ın rəsmi saytı xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə sənayesi komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov xatırladıb ki, ölkəmiz artıq Cənubi Afrika Respublikasında, Sinqapurda və digər yerlərdə keçirilən müdafiə sənayesi sərgisində iştirak edib. Onun sözlərinə görə, hazırda bu sahədə böyük işlər görülür.
"Azərbaycan Silahlı Qüvvələri modern, müasir silahlarla təchiz olunur. Bu proses bundan sonra da davam edəcək. Həmçinin, Azərbaycan istehsal etdiyi silahları da ixrac edir. Buna tələbat var. Biz marağındayıq ki, gələcəkdə bu yöndə ixrac daha da artsın və Azərbaycan brendi ilə bu silahlar dünya bazarında özünə yer tapsın", - deyə Z.Əsgərov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB