Ermənistan xalqı yoxsulluq və ümidsizliyə qapıldıqca yüksək vəzifəli məmurlar böyük sərvət toplamağa nail olurlar. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu bəyanatla Ermənistanın müxalifətdə olan "İrs" partiyasının lideri Raffi Ovannisyan çıxış edib.
Onun sözlərinə görə, son vaxtlar ölkədə dövlət maraqları adı altında kobud pozuntulara, tarixi abidələrin və ekosistemin məhvinə yönəlmiş addımlara atılır: "Bizim vətənimiz zəhərlənir. Ermənistanda dağ-mədən sənayesinin inkişafı dövlət maraqları ilə üst-üstə düşmədi və yüksək rütbəli məmurların maraqlarına xidmət etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB