Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələn il Azərbaycana səfər etməyi planlaşdırır. SİA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Qazaxıstan prezidentinin "Strategiya 2050" adlı sənədinə həsr olunmuş mətbuat konfransında deyib.
"2013-cü il məhsuldar il olacaq, gələn il Azərbaycan xarici işlər nazirinin dəvəti ilə Qazaxıstan xarici siyasət idarəsinin yeni rəhbəri İdrisov, həmçinin Senatın sədri Mami Azərbaycana səfər edəcək. Səfərlərin tarixi hələ dəqiqləşdirilməyib. Bundan başqa gələn il Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur"- deyə, səfir qeyd edib.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB