Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəyan edib
ATƏT-in Minsk qrupunun həmsədrlərinin "Üçlüyü" tərkibində Amerikanın vasitəçisinin əvəz edilməsi Bakı və İrəvan arasında danışıqlar prosesinə mühüm təsir göstərməyəcək. Çünki siyasəti ayrı-ayrı şəxslər deyil, həmsədr ölkələrin rəhbərləri müəyyən edirlər.
Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəyan edib. 2009-cu ilin sentyabr ayından ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke ötən həftə bu postda vəzifəsini başa çatdırıb.
Mətbuatın məlumatına əsasən, onun müvəqqəti davamçısı amerikalı diplomat Yan Kellidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB