"Hər bir insan, vətəndaş birmənalı şəkildə bilməlidir ki, Azərbaycan respublikası günü-gündən gözəlləşir və qüdrətlənir. Hazırda Azərbaycanın iştirakı olmadan heç bir layihə, proqram reallaşa bilmir". Bunu SİA-ya millət vəkili Elmira Axundova deyib. Onun sözlərinə görə, bunu heç kəs inkar edə bilməz: "Mən Ukrayna kimi böyük bir dövlətdə olduğum zamanda anladım ki, adıçəkilən bu dövlət ölkəmiz kimi elə də müstəqil deyil. Biz bəlkə də Rusiya dövlətindən başqa bütün MDB məkanında ən müstəqil dövlətlərdən biriyik. İlk növbədə cənab prezident İlham Əliyevin ən böyük nailiyyəti məhz bundan ibarətdir".
Sumqayıt şəhərinin inkişafı haqqında da danışan deputat deyib ki, sözün həqiqi mənasında adıçəkilən bu şəhəri artıq müsbət mənada tanımaq olmur: "Hər an, hər dəfə Sumqayıt şəhəri dəyişir və inkişaf edir. Arzum budur ki, əhalimiz Sumqayıtdan Bakıya deyil, əksinə Bakıdan Sumqayıta gələrək burada yaşasın, öz firəvan həyatlarını burada davam etdirsinlər. İnanıram ki, yaxın zamanlarda belə də olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB