“Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər”

“Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər”

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər" mövzusunda konfrans öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, diplomatik və digər beynəlxalq təşkilatların iştirak etdiyi tədbirdə Azərbaycanın müstəqillik illərində keçdiyi şərəfli yollara nəzər salınıb, qarşıda duran vəzifələr və yeni hədəflər barədə məruzələr dinlənilib.

Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov yola salmağa hazırlaşdığımız 2012-ci ilin xalqımız və dövlətimiz üçün uğurlu bir il olduğunu bildirib. YAP sədrinin müavini bu il ərzində bütün istiqamətlərdə böyük nailiyyətlər əldə edildiyini qeyd edib.

O, bildirib ki, Azərbaycan 2013-cü ilə də uğurla qədəm qoyur. Azərbaycanın mövqeyinin 2012-ci ildə dünyada daha da möhkəmləndiyini qeyd edən, Əli Əhmədov cənab Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Konfransda çıxış edən Azərbaycan Respublikası baş nazirin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib.

O bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, elmi əsaslara söykənən dəqiq proqnozlar əsasında davam etdirilməsi öz müsbət nəticələrini verir. Bu gün Azərbaycan regionda lider ölkə olmaqla dünyanın aparıcı dövlətləri sırasında öz mövqelərini daha da möhkəmləndirib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə öz növbəsində bu müddət ərzində ölkədə daxili sabitlik yaradılmasından danışıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin çox çətin şəraitdə ölkəni qurduğunu qeyd edən sədr müavini bildirib ki, bu, Ümummilli Liderin missiyası idi.

Ziyafət Əsgərov həmçinin qeyd edib ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar ölkənin inkişaf səviyyəsinin artmasına təkan verib: "Azərbaycan rəqabətə davamlı 50 ölkədən biridir. Ölkəmiz qarşısında duran problemləri öz gücünə həll edir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə