Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı 1993-cü ildən təsis olunub. Təşkilat yarandığı gündən etibarən ulu öndər Heydər Əliyevin tapşırıq və tövsiyyələrini ləyaqətlə yerinə yetirib. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva partiyanın Nizami rayon təşkilatında görülən işlərdən danışarkən belə deyib.
Onun sözlərinə görə,YAP Nizami rayon təşkilatı bu il ərzində çox böyük işlər görüb: "Biz 2008-ci ildən bu günə qədər dörd seçki prosesini həyata keçirmişik. Demək olar ki, bu dörd seçki prosesinin hər birini də qalibiyyətlə başa vurmuşuq. Ən sonuncu parlament seçkiləri idi ki, bizim rayonda həmin bu prosesdə çox fəal şəkildə iştirak etdi. Burada başlıca məqsəd və məram xalq xidmət etmək, onun yanında olmaq, dəstək almaqdır. Biz bu gün də bu ideyaları davam etdiririk. Biz dağı dağ üstə qoyan təşkilatıq. Bizim birinci növbədə işimiz vətənpərvərlik ruhunda insanlarımızın tərbiyə olunmasıdır. Biz bu illəri ağsaqqalar şurasının üzvləri və s. ilə birlikdə Naftalanda N saylı hərbi hissədə əsgərlərlə görüşlər keçirdik. Şəhid anaları, ataları böyük ruh yüksəkliyi ilə orada iştirak etdilər. Biz orada maraqlı konsert proqramı təşkil etdik əsgərlərə hədiyyələr təqdim etdik. Bundan əlavə bizlərin əlil, şikəst uşaqlarla tez-tez görüşlərimiz olur. Həmçinin rayonlarda, məhəllərdə mütəmadi görüşlər təşkil edilir və insanların probelmləri ilə yaxından maraqlanırıq".
Millət vəkili deyir ki, biz gələcək yeni Azərbaycanımızın qurucuları, yaradıcıları olan gənclərlərlə çox böyük işlər aparmalıyıq: "Biz bu gün də cənab prezident YAP-ın sədri İlham Əliyevin gənclərlə bağlı siyasətini dəstəkləyirik. Çünki bu gün biz yaşlı nəslin nümayəndələri artıq qocalırıq və yerimizi gənclərə verməliyik. Bu nöqteyi-nəzərdən də biz gənclərlə çox böyük iş aparırıq. Nizami rayonunun gəncləri çox fəaldırlar. Bizim böyük gənclər ordumuz var. Bütün seçki prosesin gedişində onların rolu və əməyi qiyməyləndirilir. Bu ilin sonuna bizim partiya təşkilatına qəbul sayı ötən illə müqayisədə iki dəfə artıq olub. Bizim sıraların 40 faizindən çoxunu gənclər və bir o qədər də qadınlar təşkil edir. Onlar partiyamızı çox sevirlər və onun apardığı siyasəti dəstəkləyirlər".
Cənab prezident İlham Əliyevi ad günü münasibətilə də təbrik edən deputat dövlət başçısına can sağlığı çətin iş fəaliyyətində müvəffəqiyyətlər arzulayıb: "Qoy Allah-təala özü onu qorusun. O, bizə ulu öndərimizin yadigarıdır. Cavan yaşında xalqın bütün ağrı-acılarını, çətinliklərini öz çiyinlərində daşıyır. Allah onun çiyinlərinə güc, qüvvət versin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB