Serj Sarkisyan yardım dilənir

Ermənistan prezidenti Serj Sarkisyan işğal altında olan Azərbaycan torpağı Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yardıma çağıracağına söyləyib. SİA-nın məlumatına görə, bunu "Rossiya 24" kanalına müsahibə verən Ermənistan prezidenti deyib: "Biz bu təşkilata bəs niyə üzv olduq?! KTMT-yə daxil olan ölkələr çətin günlərində bir-birinə dəstək verirlər".

Azərbaycanın hərbi gücünü artırdığını söyləyən S. Sarkisyan bildirib ki, Azərbaycan problemin müharibə yolu ilə həll edilməsinə ümid edir. O deyib: "Biz müzakirə yolundan başqa alternativ yol olmadığını düşünürük. Ermənistan Dağlıq Qarabağın qarantıdır. Müharibə başlasa, Ermənistan Dağlıq Qarabağ əhalisinin müdafiəsi üçün əlindən gələni edəcək".

Qeyd edək ki, KTMT-ya Belarus, Rusiya, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. 20 min nəfər hərbi heyəti olan KTMT BMT –yə sülhməramlı xidmət göstərmək üçün müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə