Misirdə referendum bitdi

Misirdə islamçı "müsəlman qardaşları" hərəkatı bəyan edib ki, ilkin hesablamalara görə, yeni konstitusiya ilə bağlı keçirilən referendumun ikinci mərhələsində seçicilərin 70%-i sənədin lehinə səs verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səslərin 95,5% hesablanıb. "Müsəlman qardaşları"nın nümayəndəsinin fikrincə referendumun ümumi nəticələrinə görə seçicilərin 60%-i yeni konstitusiyanı dəstəkləyib.

Referendumun rəsmən nəticələri dekabrın 24-də ölkənin bütün əyalətlərindən məlumatların daxil olmasından sonra elan olunacaq. Referendumun ikinci mərhələsində seçicilərin aktivliyi aşağı olub. 25 milyon seçicidən 8 milyonu səs verib.

Qeyd edək ki, yeni konstitusiya qəbul olunduğu təqdirdə 2013-cü ilin əvvəlində Misirdə yeni parlament seçkiləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə