Sumqayıtda 51 metr uzunluğunda tort hazırlanır

Sumqayıtda 51 metr uzunluğunda tort hazırlanır

Azərbaycan prezidenti İlham Əliyevin 51 yaşı münasibətilə Sumqayıtda 51 metr uzunluğunda nəhəng tort şəhər ictimaiyyətinə təqdim ediləcək. SİA-nın məlumatına görə, tortun uzunluğu 51 metr, çəkisi təxminən 11 ton olacaq. Tortun hazırlanması üçün 22 min yumurtadan, 2 tona yaxın undan, 1,5 ton şəkərdən, 310 kiloqram qozdan istifadə ediləcək.

Tortun üzərində bu il Bakıda keçirilmiş "Eurovision-2012″ mahnı müsabiqəsinə qatılan iştirakçıların səhnə görüntüləri də yer alacaq. Nəhəng tortun ortasında Bakı Kristal Zalının 6 metrlik əksi olacaq.

Tort dekabrın 24-də Sumqayıtın Bayraq meydanında kəsiləcək və şəhər sakinlərinə paylanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə