Əgər münaqişə həll olunmasa sonu region üçün yaxşı olmayacaq. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, dünya ölkələri bu problemi həll etməlidir: "Azərbaycan problemin həllində israrlıdır. Heç bir halda Ermənistanın işğalçılıq siyasətinə güzəştə getmək niyyəti yoxdur. Qarşımızda istər hərbi, istərsə də diplomatik yolla münaqişənin həlli məsələləri durur. Hər iki variant üzrə Azərbaycan çox ciddi işlər aparır. Azərbaycan bu gün hərbi potensialını gücləndirməkdədir. Təsadüfi deyil ki, erməni tərəfi dəfələrlə hərbi gücümüzdən narahatlığını ifadə etmişdir. Azərbaycan torpaqlarını işğal edən dövlət Azərbaycanın hərbi qüdrətinin artmasından narahatdır. Bu baxımdan prezident İlham Əliyevin hərbi sənaye komplekslərinin inkişafına diqqəti tamamilə qanunauyğundur. İstənilən halda Ali Baş Komandan problemin həllini ortaya qoyub. Hesab edirəm ki, münaqişə tezliklə həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB