ATƏT Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke yaxın vaxtlarda tutduğu vəzifəni tərk edəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə diplomatik mənbələr məlumat verib.
Bradtkenin yeni təyinatından xəbər verilmir. Ehtimal olunur ki, o xaricdə hər-hansı diplomatik vəzifəyə və ya birbaşa Dövlət Departamentinə təyinat ala bilər. Robert Bradtkeni ATƏT Minsk qrupunun ABŞ-dan olan həmsədri vəzifəsində kimlə əvəz olunacağı bilinmir.
Xatırladaq ki, Robert Bradtke ATƏT Minsk qrupunun həmsədri vəzifəsinə 2009-cu ilin payızında təyin olunub. O, bu postda Metyu Brayzanı əvəz edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB