Bu əsr “İnternet”, “facebook”, “twitter” əsridir

Bu əsr “İnternet”, “facebook”, “twitter” əsridir

Hesab edirəım ki, dünyanın sonu ilə bağlı ortalığa atılan şaiyələr başlıca olaraq iqtisadi və maliyyə məsələlərinə söykənir. Bunu SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli deyib.

Politoloqun sözlərinə görə, indi 21-ci əsrdir. Yəni bu əsri informasiya əsri kimi adlandırmaq lazımdır: "Bütün bu informasiyalar hesabına böyük vəsaitlər qazanmaq mümkündür. Hətta belə bir məşhur deyim var ki, 19-cu əsrdə Fransada bir hadisə olarkən deyilirdi ki, onun arxasında qadını axtarın. 21-ci əsrdə də bu və ya digər hadisə baş verərkən daha həmin hadisənin arxasında qadını axtarın demirlər, onun əvəzinə "pulu, maliyyəni axtarın" termini gündəmə gəlib. Yəni ki, hər hansı bir hadisə baş veribsə mütləq kimsə bundan mütləq şəkildə qazanıb və yaxud da müflisləşiblər. Hesab edirəm ki, bu informasiyanı yayanlar qazanan tərəflərdir, müflisləşənlər isə həmin informasiyalara inanan sadəlöhv insanlardır. Bu da təbii ki, 21-ci əsrin xüsusiyyətidir. Bir sözlə bu əsr "internet", "facebook", "twitter" əsridir".

Bütün xəbərlər Facebook səhifəmizdə