Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Prezidentin mətbuat xidmətinin məlumat verib. Dövlət başçısı Mixeil Saakaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Gürcüstan Prezidenti təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB