İndoneziya bütün böyük forumlarda Azərbaycanın mövqeyini dəstəkləyir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İndoneziya Regional Nümayəndələr Şurasının sədri İrman Qusman deyib. İndoneziyanın ən böyük neft ixracatçısına malik olduğunu deyən şura sədri ölkəsində İndoneziya-Azərbaycan neftin təkrar emal olunması üçün zavodun tikiləcəyini sözlərinə əlavə edib: "Belə bir zavodu Türkiyədə həmin ölkə ilə Azərbaycan birgə tikir. Növbəti zavod isə İndoneziyada olacaq".
Şura sədri həmçinin bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün Azərbaycan hökumətinə İndoneziya-Azərbaycan forumunun keçirilməsi təklif edilib: "BU forum münasibətlərin hər sahədə inkişafına dəstək olacaq, təkcə iqtisadiyyat deyil, həm də mədəniyyət, idman sahələrinin inkişafına müsbət təsir göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB