Rus və erməni hərbçiləri təlimlərə başlayıb

Rus və erməni hərbçiləri təlimlərə başlayıb

Ermənistanda olan Rusiya hərbi bazasının raket və artilleriya birliklərinin 300 nəfərlik heyəti dağlıq ərazilərdə təlimlərə başlayıb. SİA-nın "News.am" saytına istinadən verdiyi məlumata görə, təlimlər dağlıq Alaqyaz ərazisində keçirilir.

Təlimlərdə "Qaubitsa" toplarından, "Qrad" BM-21 reaktiv qumbaratanlardan, "Konkurs" tank əleyhində raketlərdən və "Podnos" minamyotlarından istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə