Niyaməddin Orxudanlı: "İsa Qəmbərin və Əli Kərimlinin mətbuatı Amerika səfiri ilə görüşdən şou düzəldir"
Məlum olduğu kimi müxalifət düşərgəsinin öndə gedən isimləri bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri ilə görüşürlər. Mətbuata qapalı keçirilən belə görüşlər dağıdıcı müxalifət mətbuatında şişirdilir və özlərinin maraqlarına uğyun təqdim olunur. Bu məsələyə adınlıq gətirmək məqsədilə Demokratik Marifçilik Partiyasının sədri Elşən Musayev və BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik.
E.Musayev SİA-ya açıqlamasında bildirib ki, ölkədə keçirilən bütün seçki ərəfələrində belə bir mənzərəyə rastlamışıq: "Yəni nə zaman ki, siyasi spektrdə həssas dönəm yaranıb, fövqəldövlətlərin təmsilçiləri dərhal hansısa bir formada aktivləşib proseslərin gedişində rol almağa çalışıblar. Və belə hallar təcrübədə o qədər çox olub ki, artıq onu anormallıq kontekstindən belə çıxarmışıq. Ya da belə deyək, bu anormallığa alışmışıq. Digər bir yandan, müasir dövrün reallığında nəhəng ölkələrin diplomatiyası protokol çərçivəsindən çıxmağa, bəlli cizgiləri keçməyə sanki adətkar olublar. Bu da təbii ki, son dərəcə təhlükəli tendesiyadır. Çünki həmin cizgilərin təmas xəttində iki dövlətin maraqları, əlaqələri, bəzən isə əməkdaşlığı qərarı aşır".
Partiya sədri vurğulayıb ki, onlar 21-ci əsr dünyasında və geniş anlamda artıq xüsusi səlahiyyət sahibi deyillər: "Səfirlər - təlimat yönəldiciləri, icraçıları, bir az da kobud desəm buyruq qullarıdır. Odur ki, mücərrəd məqamlarda hər hansı bir səfirin kimlə, harada, necə görüşdüyü deyil, niyə görüşdüyünü müzakirə və araşdırma predmeti olaraq ön plana çəksək daha məntiqli olar".
E.Musayevin ABŞ səfirinin ölkədəki müxalifət rəhbərləri ilə görüşünü sıradan bir görüş kimi qiymətləndirib: "Qeyd etməliyəm ki, bu görüş – sadəcə sıradan bir görüş kontekstində Azərbaycan dövləti və hakimiyyəti üçün hər hansı bir narahatçılıq yaratmır və yarada da bilməzdi. Belə bir məqamda isə ən azından səfir və ya səfirliyin mətbuat xidməti bir açıqlama verməyə borcli idi. Amma gördüyünüz kimi, heç o tərəfdən də səs-səmir yoxdur. Kimsə belə bir iddiada deyil ki, səfir hər hansı bir separat danışıqlara gedib hakimiyyətə qarşı iş aparır. Xeyr! Bizi düşündürən tək şey ölkəmizdə qərarlaşan bir diplomatın öz işini görməli olduğu halda niyə şübhələrə yol açan digər fəaliyyətlə məşğul olmasıdır. Bilirsiniz, ataların gözəl bir deyimi var, "Başına gələn başmaqçı olar". Odur ki, ortada olan yaxın keçmişin 2005-ci il seçki təcrübəsi və həmin seçkilərdə Rino Harnişin sərgilədiyi xətt bizi ən azından ehtiyatlı davranmağa və məsələlərin təhlilində daha dərin düşünməyə vadar edir".
Müxalifətin nəyisə şişirtməyinə gəldikdə isə partiya sədri bildirib ki, onlar dünyanın düz və əyri vaxtlarında şişkin ruhda olublar: "Qarışqadan fil düzəldə bilmə istedadı radikal müxalifətin liderləri qədər kimdəsə yoxdur. Hər seçkidə də məlum olub ki, həmin şişkinlik sadəcə, görüntüdür, içləri isə boşdur. Sözləri və əməlləri kimi özləri də hava effektindən o tərəfə keçə bilmirlər, keçə bilməyəcəklər. İnanın mənə, dünyanın bütün səfirləri deyil, hətta həmin dünyanın özü durub gəlsə ki, İsa Qəmbərlə Əli Kərimliyə dəstək versin, yenə də Azərbaycan xalqı belə bir şansı onlara tanımayacaq. Hesab edirəm ki, bu ölkədə hələ uzun illər Heydər Əliyev mütərəqqi siyasəti yaşayacaq. Azərbaycanın bütün gələcəyi, şansları, perspektivləri həmin siyasətin davamlılığına bağlıdır".
BAXCP sədrinin müavini N.Orduxanlı qeyd edib ki, Amerika səfiri ilə görüşdən İsa Qəmbərin və Əli Kərimlinin mətbuatı şou düzəldir: "Guya bunlarla görüşün "xüsusi" bir əhəmiyyəti var. Bu görüş adi görüşlərdən biridir. Ölkəmizdə fəaliyyət göstərən bütün diplomatik kopusun nümayəndələri vaxtaşırı belə görüşlər keçirir. Onlar da belə görüşdən o qədər düşük bir təbliğat aparırlar ki, sanki, "səfirlə görüşmək böyük bir uğurdur".
N.Orduxanlının sözlərinə görə belə addım ucuz təbliğatdan başqa bir şey deyil: "Səfirlə həmin görüşdə 10 yaxın partiya rəhbərləri görüşüb. Bu görüşdə BAXCP də olub. Biz bunu adi bir görüş kimi qiymətlənidirmişik. Radikal müxalifət Uqanda dövlətinin səfiri ilə də görüşündən "siyasi şou" düzəldir. Rəsul Quliyev mətbuatda açıqlamasında Amerika səfiri ilə bağlı görüşünü şərh edərkən deyib ki, "səfirlə görüşdə belə mədəniyyətsiz formada bir-birlərini sözünü kəsirlər. Bir görüşü normal şəkildə də apara bilmirlər".
Bir daha qeyd edirəm ki, bu görüşün xüsusi bir əhəmiyyəti yoxdur. Radikal müxalifətin mətbuatında qeyd olunanlar cəfəngiyyatdan başqa bir şey deyil".
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB