Xarici diplomatlar bu və ya digər formada sanki ölkənin ayrılmaz tərkib hissəsi və aparıcı bir siyasi qüvvəsi kimi müxtəlif məsələlərə münasibət bildirir və tərəf tuturlar. Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc ABŞ səfirinin iqtidar və müxalifət nümayəndələri ilə keçirdiyi gizli görüşlərin mahiyyətinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan bundan öncə də belə məqamlarla qarşılaşıb: "Bu məsələ ilə bağlı hökumətin rəsmi mövqeyi səslənib. Bunların diplomatik konvensiyalara uzlaşdırılmasını tələb edilib. Riçard Morninqstar kifayət qədər peşəkar siyasətçidir. Onun fikirlərinin Azərbaycan həyatına nə qədər təsiri göstərdiyini və onun ABŞ-ın rəsmi siyasəti kimi şərh olunacağını göz ardına alır. Bununla bağlı Azərbaycan hökumətinin mövqeyi bəllidir. Azərbaycan hər bir ölkənin dövlət maraqlarına hörmətlə yanaşır və bu münasibətin özünə də göstərilməsini istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB