“Freedom House” bunları niyə görmür?!

“Freedom House” bunları niyə görmür?!

"Freedom House" təşkilatının insan hüquqlarının ən çox pozulduğu ölkələr sırasında Azərbaycanı hesabata salmasına SİTM-direktrou, politoloq Mübariz Əhmədoğlundan münasibət öyrəndik.

SİA-ya açıqlama verən politoloq bildirdi ki, bu təşkilat hələ bir dəfə də olsun Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi elan etməyib: "Əgər Azərbaycanda on nəfərin hüququ pozulursa, Avropada da bir o qədər insanın hüququ pozulur. Bu baxımdan Azərbaycanla Avropanın elə də böyük bir fərqi yoxdur. Niyə "Freedom House"un hesabatını hazırlayanlar Avropanı yox, ancaq Azərbaycanı görürlər!? Cənubi Qafqazda insan hüuqlarının ən az pozulduğu ölkə Azərbaycandır. Ermənistanda yerli seçikilərdə də adam ölür. "Freedom House" bunu niyə görmür? Orda bütün mətbuat bağlıdır, saysız-hesabsız jurnalistlər həbsdədir. Bu təşkilatın mövqeyi erməni mövqeyidir. Ermənistan həmin beynəlxalq təşkilatlara təzyiq etməklə özü haqqında müsbət rəy formalaşdırmağa çalışır. Ermənistanda bağlı olan bu cür hesabatlardakı reytinq məsələsi siyasi məsələdir".

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə