"Dağlıq Qarabağ münaqişəsinin həlli dinc danışıqlar yolundan keçir"
"İstər Dağlıq Qarabağ münaqişəsi, istər Cənubu Osetiya və Abxaziya, istərsə də Dnestryanı və digər münaqişələrin həlli dinc danışıqlar yolundan və sülhdən keçir. Bu münaqişələrin həllində ikinci bir yol yoxdur". SİA-nın məlumatına görə, bunu Baltik Assambleyasının (BA) vitse-prezidenti Raymonds Deyonis jurnalistlərə deyib.
O, hələlik bu münaqişələrin həllində ciddi irəliləyişlər olmadığını, ümumiyyətlə, sülh yolu ilə irəliləyişlərə nail olmağın bir qədər çətin olduğunu, xeyli vaxt tələb etdiyini təəssüf hissi ilə qeyd edib.
"Ancaq bir daha bildiririk ki, adıçəkilən münaqişələr sülh yolu ilə həll olunmalıdır. Burada ikinci bir həll yolu yoxdur, digər variantlardan söhbət gedə bilməz", - Deyonis bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB