GUAM PA-nın V iclasının yekun Bəyannaməsi qəbul olunub

GUAM PA-nın V iclasının yekun Bəyannaməsi qəbul olunub

GUAM Parlament Assambleyasının Bakıda keçirilən 5-ci iclasının yekun Bəyannaməsi qəbul olunub. SİA-nın məlumatına görə, Bəyannamədə GUAM ərazisindəki Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələrlə bağlı narahatlıq ifadə olunur. Sənəddə bildirilir ki, bu münaqişələr təkcə GUAM üçün deyil, bütün Avropa üçün təhlükə yaradır.

GUAM PA Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələrini yüksək qiymətləndirib və quruma üzv dövlətlərlə həyata keçirilən enerji layihələrinə öz dəstəyini ifadə edib.

Sənəddə demokratiya və insan haqları, ölkələrin iqtisadi inkişafı, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması kimi məsələlərin vacibliyi vurğulanır, Avropa Birliyi ilə xüsusən "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əlaqələrin daha sıx inkişafı dəstəklənir. Bəyannamədə GUAM-a üzv olan ölkələrin beynəlxalq arenada vahid mövqedən çıxış etməsinin önəmi də qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə