ABŞ səfirinin heç bir sosial bazası olmayan və cəmiyyət tərəfindən qəbul edilməyən, eləcə də Azərbaycan cəmiyyəti və dövləti üçün hər hansı bir faydalı iş görməyən, ona layiq olmayan insanlarla görüşü vaxt itkisindən başqa bir şey deyil. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ABŞ-ın Azərbaycandakı səfirinin müxalifət partiyalarının rəhbərləri ilə keçirdiyi gizli görüşün mahiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan demokratik bir dövlətdir və demokratik inkişaf yolunu öz təməl prinsipləri kimi qarşısına əsas məqsəd qoyub: "Xarici ölkə səfirliyinin siyasi partiyalarla, onun təmsilçiləri ilə görüşü qəbul olunan haldır. Bununla belə Amerika da (ABŞ) demokratik dövlətdir. Amma bu görüşlərdə ölkənin daxili işlərinə qarışmaq və orada gedən siyasi proseslərə müdaxilə etmək birbaşa Azərbaycan xalqının iradəsinin əksinə getmək deməkdir. Buradan belə bir sual ortaya çıxır, bəs, nə üçün? Çünki ölkədəki bütün siyasi proseslər və bütövlükdə bütün seçkilər xalqın, əhalinin və konkret olaraq vətəndaşların iradəsi ilə həll olunur. Ölkə vətəndaşları öz iradəsini ortaya qoyur və özünün inkişaf yolunu müəyyənləşdirir".
A.Hüseynov bildirib ki, müxalifət öz dayaqlarını hər zaman ölkədən kənarda tapmağa çalışıb: "Müxalifət dairələrinin iyirmi il siyasətdə olmasına baxmayaraq hələ də ölkədə daxilində özlərinə dayaq tapa bilmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB