Çox təssüflər olsun ki, ABŞ-ın ölkəmizdəki yeni səfiri də əvvəlkilərdən heç bir fərq olmadan yenə həmin siyasəti davam etdirir. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev müxalifət dairələrinin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşünə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, səfirlər nədənsə heç vaxt Azərbaycan müxalifətinə və yaxud iqtidar partiyalarına bu kimi görüşlə bağlı belə bir addım atmır: "Bunlar ancaq Yaponiyanın ölkəmizdəki səfirliyi kimi, ya hümanitar missiya ilə fəaliyyət göstərirlər, ya da görüş zamanı Azərbaycanın daxili işlərinə qarışmırlar. Məlumdur ki, Azərbaycanda 40-dan çox xarici ölkənin səfirliyi vardır. Bu ölkələrin səfirləri içərisində Azərbaycanda heç də Amerikadan (ABŞ) çəkisi az olmayan Rusiya, Çin dövlətinin səfirliyi də var. ABŞ özünü hegemon dövlət kimi göstərməyə çalışır. Amma müxalifət hələ də onu dərk etmir ki, Azərbaycanın xoşbəxtliyi və demokratiyası heç də həmin dövlətdən asılı deyil".
Politoloq hesab edir ki, hələ də ABŞ öz köhnə xasiyyətindən əl çəkmir və bu gün də Azərbaycanın daxili işlərinə qarışmaqla məşğuldur: "Bu görüşlərin intensivliyinin artırılmasında və müxtəlif bəyanatların verilməsində ABŞ-ın hansı məqsədlər güddüyü artıq bizə məlumdur. Əgər Amerika qayda-qanundan dəm vurursa ilk növbədə bunu öz ölkəsində yoluna qoysun. Dünyanın heç bir yerində gedib AB-dakı kimi məktəbləri güllə-baran etmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB