Bu gün GUAM Parlament Assambleyasının V iclası öz işinə başlayacaq. SİA-nın məlumatına görə, iclas çərçivəsində GUAM baş katibi Valeriy Çeçelaşvili ölkəmizdə səfərdədir. O, həmçinin Bakıda bir sıra rəsmi görüşlər də keçirəcək.
GUAM Parlament Assambleyasının V iclasında quruma üzv dövlətlərdə Avropaya inteqrasiya prosesləri, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, tədbir qonaqların sayı baxımından təşkilatın tarixində ən geniş tərkibli iclas olacaq. İclasda quruma üzv olan Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament ölçüsünün və Vişeqrad qrupu ölkələrinin nümayəndələri, o cümlədən TürkPA-nın təmsilçisi qonaq qismində iştirak edəcəklər. Toplantıya Azərbaycanın bir sıra nazirliklərinin, Milli Elmlər Akademiyasının və Bakıda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri dəvət olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB