Bu günlərdə "Freedom House" beynəlxalq təşkilatının 2012-ci il üçün hazırladığı "azadlıq hesabatı" ilə tanış olan zaman ölkəmizə qarşı və hər zaman aparılan uğurlu davamlı siyasətin həyata keçirilməsinə nə qədər qısqanclıq hisslərinin olduğunun birdaha əyani şahidi oldum. Bunu SİA-ya teatrşünas Anar Bürcəliyev "Freedom House" təşkilatının ölkəmizlə bağlı dərc etdirdiyi qərəzli hesabata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, təşkilatın hazırladığı hesabatda Azərbaycanla bağlı yazılanların heç bir reallığa söykənmədiyi, subyektivfikrin məhsulu olduğu və qeyri-obyektiv, qərəzli mövqedən hazırlandığı tam şəkildə özünü aydın göstərməkdədir: "Nüfuzlu birtəşkilat olaraq "Freedom House"-un anti-Azərbaycan platformasından çıxışı, bəzi yerli QHT-lərin qərəzli iddialarından bəhrələnərək, onların subyektiv mülahizələrini heç bir əsasa sönkənməyən, absurd sübutlarla, yoxlanılmadan təkrarlaması və heç bir müstəqil araşdırma aparmadan, Azərbaycanda baş verən müsbət hadisələri öz xəbis düşüncələrinin süzgəcindən keçirərək yekun qənaətini yalnız yalan mülahizələr üzərində qurması təəssüf hissindən başqa bir şey doğurmur. İnsan hüquq və azadlıqlarının vəziyyətinə görə, Azərbaycanın "qeyri-azad", Ermənistanın isə "qismən azad" ölkələr sırasına daxil edilməsi bu təşkilatın mövqeyində ikili standartlarından mülahizəsiz xəbər verir. Bu mövqe nüfuzlu bir təşkilatın kimlərinsə əli ilə məhz Azərbaycana qarşı antipatiyanın açıq təzahürü kimi görünməkdədir. Təşkilat Ermənistanda baş verən neqativ siyasi, prosesləri,daima demokratik islahatlar adı altında aparılan anti-demokratik siyasi-manipulyasiya meylərini və eləcə də Ermənistandakı siyasi, milli, dini-azadlıqların məhdudlaşdırılması kimi faktları, Ermənistanın Cənubi Qafqazın stabilliyi və inkişafına vurduğu əsaslı zərərləri, xüsusi ilə 20 ilə yaxın bir müddət ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətindən ümayiş etdirdiyi qeyri-obyektiv baxışlarını görmür və ya görmək belə istəmir".
A.Bürcəliyev deyir ki, təşkilatın əsas məqsədi demokratik dəyişiklikləri təşviq etməklə, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdan ibarət olsa da artıq bir neçə ildir ki,bu mövqeyindən yayınaraq yalan mülahizə və faktları ilə müsəlman ölkələrini əsas tənqid hədəfinə çevrib: "Bu cür mövqe isə öz yalan hesabatları ilə "Freedom House"-a heç də baş ucalığı gətirməyəcək. Dünya birliyi bu yalan fikirlərin absurd təxəyyül məmbəyi olduğunu daha dərindən duyaraq hər zaman olduğu kimi yenə də öz obyektiv mövqeyini nümayiş etirəcəkdir. Bu cür yalan fikirlərlə barışmaz olaraq hədəfi vaxtında müəyyən etmək gərəkdir. Absurd təxəyyül məhsulu olan bu cür hesabatlar Azərbaycanın gələcəyi üçün heç bir zaman təhlükə mənbəyinə çevrilə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB