"Freedom House" təşkilatının 2012-ci il üçün hazırladığı "azadlıq hesabatı"nda Azərbaycanla bağlı yazılanlar heç bir reallığa söykənmir, subyektiv fikrin məhsuludur, qeyri-obyektiv və qərəzlidir. SİA-nın verdiyi məlumata görə, bu fikirlər bu gün Gənclər Təşkilatları İctimai Şurasının üzvü olan təşkilatların bəyanatında səsləndirilib.
Bildirilib ki, "Freedom House" anti-Azərbaycan platformasında birləşmiş bəzi yerli QHT-lərin qərəzli iddialarını, subyektiv mülahizələrini yoxlamadan təkrarlayır və heç bir müstəqil araşdırma aparmadan, Azərbaycanda baş verən müsbət hadisələri görmədən öz yekun qənaətini yalnız bu yalan mülahizələr əsasında formalaşdırır: "Təsadüfi deyil ki, "hesabatlar" artıq tənqidi mövqeyi ilə seçilən hüquq müdafiəçilərinin narazılığına səbəb olur. İnsan hüquq və azadlıqlarının vəziyyətinə görə, Azərbaycanın "qeyri-azad", Ermənistanın isə "qismən azad" ölkələr sırasında daxil edilməsi bu təşkilatın mövqeyində ikili standartların və Azərbaycana qarşı antipatiyanın açıq təzahürüdür. Bu təşkilat Ermənistanda baş verən neqativ siyasi, prosesləri, siyasi manipulyasiya meylərini , Ermənistandakı siyasi, milli, dini azadlıqların məhdudlaşdırılması kimi faktları, Ermənistanın Cənubi Qafqazın stabilliyi və inkişafına vurduğu zərərləri görmür və ya görmək istəmir".
Bildirilib ki, "Freedom House" təşkilatının əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır: "Lakin artıq bir neçə ildir ki, "Freedom House" bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini əsas tənqid hədəfinə çevrilib.
Tədbirin sonunda İctimai Şuranın beynəlxalq təşkilata yönəlik bəyanatı qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB