Keçmiş deputat Gülər Əhmədovanın təmsil olunduğu Yeni Azərbaycan Partiyasından xaric edilməsi ilə bağlı mətbuatda məlumat yayılıb. Xəbərdə bildirilir ki, G.Əhmədovanın qeydiyyatda olduğu YAP Bakı Dövlət Universiteti şöbəsi dünən yığıncaq keçirərək onu partiya sıralarından çıxarıb.
Məlumatı dəqiqləşdirmək üçün Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı ilə əlaqə saxladıq. Onun sözlərinə görə, G.Əhmədova YAP-ın ilk rayon təşkilatının qərarı ilə partiya sıralarından xaric olunub.
G.Əhmədovanın partiyadan hansı səbəblə uzaqlaşdırılması məsələsinə də toxunan M.Qurbanlı bildirib ki, onun partiyadan uzaqlaşdırılması üçün səbəb çoxdur: "Əsas səbəb isə ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoqalmaqaldır. Partiyamız belə işlərlə məşğul olan şəxsi artıq öz sıralarında saxlaya bilməzdi".
Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb. Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB