İrana gediş-gəliş pasportla olacaq

İrana gediş-gəliş pasportla olacaq

İrana qarşı viza rejiminin tətbiq edilməsinin başlıca səbəbi əvvəl sadələşdirilmiş qaydada sərhədyanı bölgələrdə yaşayan vətəndaşların gediş-gəlişi təşkil edilməsi idi. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə aşıqlamasında Dövlət Sərhəd Ximdətinin rəis müavini Fərhad Tağızadə deyib.

Onun sözlərinə görə, bu ilin dekabr ayından qərar qəbul olunub ki, yalnız pasport və digər sənədlərlə bu gediş-gəliş təmin olunsun: "Bu baxımdan burada hər hansı bir problem görmürəm".

F.Tağızadə həmçinin 2012-ci ildə bir sıra ölkələrlə, eləcə də beynəlxalq təşkilatlarla imzalanan müqavilələrə, sazişlərə, memorandumlara da toxunub: "2013-cü ilə hazırlıq çərçivəsində isə bu kimi bir neçə sənədlərin hazırlıq işləri görülür. Biz Avropa Sərhəd Agentliyi adlanan "Fontiks" təşkilatı ilə də memorandum razılaşdırlmasını aparmışıq. O cümlədən biz bir sıra ölkələrlə də Türkiyə, İsveçrə, İtaliya, Tacikistan belə sənədlərin imzalanmasını planlaşdırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə