"“Freedom House” ədalət prinsiplərindən uzaq təşkilatdır"

"“Freedom House” ədalət prinsiplərindən uzaq təşkilatdır"

Elçin Mirzəbəyli: "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ermənipərəsət qurumları çox narahat edir"

"Freedom House" təşkilatı artıq birinci dəfə deyil ki, eyni bəyanatla çıxış edir. Bu təşkilatın Azərbaycana olan münasibəti də hər kəsə bəllidir". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

"Freedom House" təşkilatının hesabatında Azərbaycanın insan hüquqları baxımından "azad olmayan" ölkələr siyahısına daxil edilməsinə münasibət bildirən E.Mirzəbəyli deyib ki, bu təşkilat ölkəmizdə keçirilən "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də Azərbaycana qarşı təxribat törədən və əsassız bəyanatlarla çıxış edən, eyni zamanda bu müsabiqəyə qarşı anti-təbliğat kampaniyasında iştirak edən qurumdur: "Bu baxımdan da həmin təşkilatdan ədalətli yanaşma gözləməyə dəyməz. Bu da təbii qəbul olunmalıdır. Ermənipərəst mövqedən çıxış edən "Freedom House" təşkilatı ədalət prinsiplərinə əməl etməyən qurumdur. Yalnız himayəsinə sığındığı ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edir. Təbii ki, bu maraqlar da açıq şəkildə özünü büruzə verir".

Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına ehtiyac var, deyən E.Mirzəbəyli bildirib ki, bu istiqamətdə də kifayət qədər işlər görülür. İstər media orqanlarımızda, istərsə də səfirliklərimiz bu sahədə ciddi səylər göstərirlər. Son dövrlərdə Azərbaycan bu istiqamətdə olduqca aktivləşib. Təbii ki, bu da həmin ermənipərəsət qurumları çox narahat edir".

Bütün xəbərlər Facebook səhifəmizdə