Ümummilli liderin xatirəsi Vaşinqtonda anılıb

Ümummilli liderin xatirəsi Vaşinqtonda anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar onun əziz xatirəsi Vaşinqtonda da anılıb.

Əvvəlcə ABŞ-dakı səfirliyimizin müraciəti əsasında Vaşinqtonda yerləşən İslam Mərkəzində xalqımızın dahi oğlu Heydər Əliyevin ruhuna dualar oxunub və ona Allahdan rəhmət dilənib. Qarşıdan gələn cümə günü isə səfirlik tərəfindən İslam Mərkəzində cümə namazının ardınca ehsan veriləcəkdir.

Bundan əlavə, səfirliyin inzibati binasında ümummilli liderin anma mərasimi keçirilmişdir. Mərasimdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yoluna bir daha nəzər salınmış və onun Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə gördüyü misilsiz işlər minnətdarlıq hissi ilə xatırlanıb. Eyni zamanda Heydər Əliyev irsinin qorunub saxlanması və onun müdrik rəhbərliyi atlında Azərbaycanda əldə olunmuş hərtərəfli tərəqqi və inkişafın davam etdirilməsinin vətənini sevən hər bir azərbaycanlının mənəvi borcu olduğu ifadə edilib.

Mərasim iştirakçıları Heydər Əliyevin əvəzsiz xidmətlərinin heç vaxt unudulmayacağını və onun əziz xatirəsinin Azərbaycanda və eləcə də ölkəmizin hüdudlarından kənarda hər zaman dərin hörmətlə anılacağını və yaşadılacağını əminliklə vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə