Raffi Ovanisyan: "Ermənistanın yeni prezidenti mən olacağam"

"Əgər seçkilər beynəlxalq standartlara uyğun keçirilsə..."
Raffi Ovanisyan: "Ermənistanın yeni prezidenti mən olacağam"

Ermənistanın "İrs" Partiyasının lideri Raffi Ovanisyan 2013-cü ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, R. Ovanisyanın jurnalistlərə verdiyi açıqlamada bildirib ki, namizədliyini rəsmən dekabrın 22-də seçki komitəsinə təqdim edəcək. Onun sözlərinə görə, ilk dəfə noyabrın 2-də səsləndirdiyi bəyanatı yekun vəziyyətə gətirəcək. "Bəyanatımda seçkilərdə ilk dəfə iştirak edəcəyimi qeyd etmişdim. Əminəm ki, biz qalib gələcəyik, bu dəfə hər şey başqa cür olacaq".

Prezident seçkilərində müxalifətin vahid namizədi məsələsinə gəlincə, Raffi Ovanisyan deyib ki, bu ideyanı dəstəkləyir və fevralın 18-də keçiriləcək seçkilərdə də dəstəkləyəcək.Bu mövzuda bütün siyasi partiyalarla danışıqlara hazırdır. "Əgər hər hansı başqa partiya, partiya lideri və ya ictimai hərəkatın məsulları mənim simamda vahid namizədi və mənim seçki platformamı dəstəkləmək istəsələr, bu gələcək qalibiyyəti daha da real edər".

O həmçinin bildirib ki, seçkilər beynəlxalq standartlara və ölkə Konstitusiyasına uyğun keçirilsə, Ermənistanın yeni prezidenti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə