Türkmənistanda həbs edilən dörd Azərbaycan vətəndaşı əfv edilib. SİA-ya Xarici işlər nazirliyindən verilən məlumata görə, Türkmənistan Xarici İşlər Nazirliyindən Azərbaycanın bu ölkədəki səfirliyinə daxil olan notada deyilir ki, onlar Prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən əfv edilib.
Qeyd edək ki, Nizami Ağacanov, Kənan Əliyev, Kamran Nağıyev və İsrafil Nağıyev oktyabrın 21-də Türkmənistan sərhədçiləri tərəfindən "Uran" gəmisinin göyərtəsində saxlanılıblar. Onlar Xəzərin Türkmənistan akvatoriyasında qanunsuz ovla məşğul olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB