"Yaxın günlərdə Qəbələ RLS-in təhvil-təslimi və inventarın daşınması ilə bağlı xüsusi komissiya yaradılacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir Rusiyanın Qəbələ RLS-in istismarını dayandırmaq qərarı barədə Azərbaycan XİN-in açıqlama verdiyini xatırladıb: "Yaxın günlərdə xüsusi qrup yaradılacaq və bu qrup Qəbələ RLS-in inventarının necə çıxarılacağı məsələsini həll edəcək".
Stansiyanın icarə müddətinin uzadılması barədə yenidən danışıqlar aparılmasının mümkünlüyü barədə sualı cavablandıran E.Məmmədyarov qeyd edib ki, bu məsələ hələlik gündəmə gəlməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB